Azərbaycanın maraqlı turizm növü - dulusçuluq, dəmirçilik və xalçaçılığın sirləri turistlərə öyrədilir - QİYMƏTLƏR


Digərləri 14 May 2018 07:45:00 335 0

Azərbaycanın maraqlı turizm növü - dulusçuluq, dəmirçilik və xalçaçılığın sirləri turistlərə öyrədilir - QİYMƏTLƏR

Azərbaycanın maraqlı turizm növü - dulusçu, dəmirçi, xalçaçılığın sirləri turistlərə öyrədilir- QİYMƏTLƏR Azərbaycanda interaktiv turizm növünə həm yerli, həm də xarici turistlər maraq göstəririlər.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda interaktiv turizm növünə həm yerli, həm də xarici turistlər maraq göstəririlər. Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun direktoru Məlahət Fərəcova Trend-ə bildirib ki, hazırda interaktiv turlar xalçaçılıq, dulusçuluq, nalbənd, mətbəxdə yuxa yayma üzrə təşkil edilir. İnteraktiv turların daha çox əvvəldən sifariş edildiyini deyən M.Fərəcova əlavə edib ki, bu turlar zamanı qoruğu ziyarət edən turistlərə ustadlar tərəfindən Azərbaycanın qədim sənətkarlığının sirləri öyrədilir: "Məsələn, dulusçu yanına gedən turist orada saxsıdan nəsə düzəldir, xalçaçının yanına gedən turistə xalça toxumaq öyrədilir. Mətbəxə gedən turist ustanın köməyi ilə mətbəxdə lavaş yayır və onu saç üzərində bişirir. Dəmirçi yanına gedən turistə qədim vaxtlarda dəmirin necə döyüldüyü göstərilir".