Türkiyənin məşhur TV rəhbəri: Pul mənim üçün benzindir


Digərləri 13 May 2018 23:45:00 234 0

Türkiyənin məşhur TV rəhbəri: Pul mənim üçün benzindir

Televiziya rəhbəri və prodüser Acun Ilıcalı faktorinq borcları üçün banklar ilə görüşəcək.

Son.az facemark.az-a istinadən bildirir ki, TV rəhbərinin belə bir addım atmasına səbəb banklara olan borcunu daha aşağı faizlər ilə ödəmək istəyindən qaynaqlanır.

"Bloomberg"ə verdiyi reportajda A.Ilıcalı deyib ki, biznesimin böyüdülməsi üçün benzinə ehtiyacım var:

"Faktorinq borclarımızı banklara almaq istəyirik. Çünki arada 4-5 bal kimi ciddi bir fərq var. Həmçinin, türk lirəsində olan borclarımızın daha aşağı faiz dərəcələri ilə təmin etmək üçün xarici valyuta kreditlərinə çevirmək istəyirik.

Bu proses çox sürətli gedəcəksə, bir neçə il içində dünyanın ən böyük televiziya istehsalçı şirkəti olacağıq. Pul mənim üçün benzin deməkdir. Biznesimin böyüdülməsi üçün isə benzinə ehtiyacım var".