Sanksiyalara görə oliqarxın 3 şəxsi təyyarəsi əldən çıxdı FOTO


Dünya 13 May 2018 22:09:00 328 0

Sanksiyalara görə oliqarxın 3 şəxsi təyyarəsi əldən çıxdı  FOTO

ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə rusiyal oliqarx-milyarder Oleq Deripaska lizinqə götürdüyü üç özəl təyyarəsini geri qaytarmalı olub. Son.az virtualaz.org-a istinadən bildirir ki,ötən ay tətbiq edilmiş sanksiyalar oliqarxa həmin təyyarələrdən istifadə etməyə imkan vermir. Çünki Deripaskanın biznes-jetləri ABŞ-ın "Gulftream Aerospace" korporasiyasının istehsalıdır. Nəticədə Deripaskanın hava donanmasının iki gəmisi hazırda satışa çıxarılıb, onların hər birinin qiyməti 30 milyon dollardır. Təyyarələrin kreditorları "Credit Suisse" və "Raiffeisen" banklarıdır. Vasitəçi şirkət üzərindən onları Deripaskanın şirkətlərindən birinin adına lizinqə götürüblər. Bu barədə təyyarələri satışa çıxaran "Freestream" şirkətinin direktoru Əlirza İttihadiye bildirib. "Deripaska sanksiyalar altındadır, onun şirkətləri sanksiyalar altındadır. Deməli o təyyarələri geri qaytarmalıdır. O, sanksiyaların qaydasına əsasən lizinq müqaviləsini vaxtından əvvəl dayandırmalıdır"-İttihadie bildirib. Təyyarələrdən Deripaska özü və onun şirkətlərinin yüksək rütbəli menecerləri istifadə edib. Deripaskanın "Rusal" şirkəti təyyarələrin geri qaytarılmasını şərh etməyib. Xatırladaq ki, aprelin 6-da ABŞ Deripaskaya və bir qrup digər rusiyalı oliqarxa, o cümlədən hüquqi şəxslərə sərt sanksiyalar tətbiq edib. Nəticədə Deripaskanın aliminium nəhəngi "Rusal"ın səhmləri bir nüçə günə az qala üç dəfə dəyərdən düşüb. Oliqarx özü 1 milyard dollara yaxın pul itirib. Son.az