Oğuzda itkin düşmüş gənc ana Şəkidə tapıldı FOTO


Digərləri 13 May 2018 20:43:00 265 0

Oğuzda itkin düşmüş gənc ana Şəkidə tapıldı  FOTO

Oğuz rayonunda itkin düşmüş yerli sakin tapııb.

Son.az "Report"a istinadən bildirir ki, mayın 6-da evdən çıxan və geri qayıtmayan 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızına Şəkidə rast gəlinib.

Qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, bacısının tapılması barədə xəbəri ötən gün alıblar.

"Dünən onun sağ-salamat olması barədə xəbər gəldi. O, itkin düşdüyü 6 gün ərzində Şəki şəhərində olub. Orada əvvəllər kirayə yaşadığı evdə qalıb. İki gün xəstə olub və həmin evdə qalan ailə ona baxıb. İndi bacım müalicə olunur", - deyə o bildirib.


Xəbərə aid foto