Tbilisidə aksiyaya qarşı aksiya YENİLƏNİB FOTO


Dünya 13 May 2018 20:05:00 218 0

Tbilisidə aksiyaya qarşı aksiya  YENİLƏNİB  FOTO

20:05

Tbilisidə keçirilən etiraz aksiyasına qarşı Milli Sosialistlər Hərəkatının təşkil etdiyi cavab aksiyası davam edir.

Son.az APA-ya istinadən xəbər verir ki, hərəkat üzvlərinin bir qrupu polis cərgəsini  yararaq parlamentin binası istiqamətində hərəkət etməyə başlayıb.

Polis bir neçə hərəkat üzvünü saxlayıb.

Hərəkat fəalları parlamentin binası qarşısında keçirilən etiraz aksiyasının dayandırılmasını tələb edirlər.

Parlamentin binası qarşısında isə gərginlik yaşanıb. Etiraz aksiyasının əleyhinə olan ictimai fəal Giorgi Qabedava  9 aprel qurbanlarının xatirəsini yad etmək istəsə də, polis onun memorial abidəyə yaxınlaşmasına icazə verməyib. G.Qabedava polisə tabe olmadığına görə saxlanılıb.

17.28

Tbilisidə parlamentin qarşısında davam edən etiraz aksiyasına cavab olaraq aksiya başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Milli Sosialistlər Hərəkatının üzvləri "Dinamo" stadionundan yürüş edərək parlament yaxınlığında toplaşıb və parlament qarşısındakı aksiya əleyhinə şüarlar səsləndiriblər.


Xəbərə aid fotolar