Türkiyə ordusu yeni unikal telefonlardan istifadə edəcək


Dünya 13 May 2018 19:28:00 234 0

Türkiyə ordusu yeni unikal telefonlardan istifadə edəcək

Türkiyə Silahlı Qüvvələrinin yerli və milli texnologiyalara sahib məhsullarla gücləndirilməsi kampaniyası çərçivəsində daha bir layihə həyata keçiriləcək.

Son.az publika.az-a istinadən xəbər verir ki, ordu təhlükəsiz mobil telefonlarla təmin olunacaq.

Ordu nümayəndələrinin vəzifə başında səsli, görüntülü danışıq, qrup dialoqları və məkanı paylaşmaq kimi funksiyaları bu layihə ilə təminat altına alınacaq və təhlükəsiz şəkildə rabitə üçün şərait yaradılacaq. Mobil telefonların istifadəyə verilməsi ilə Türkiyədə həm də yerli xəbərləşmə proqramı tətbiq ediləcək.