Hansı ölkələrdə pirat filmlərin sayı artıb? –


Digərləri 13 May 2018 19:10:00 251 0

Hansı ölkələrdə pirat filmlərin sayı artıb? –

ABŞ-ın ticarət nümayəndəliyi (USTR) 30-dan çox ölkədə intellektual mülkiyyət bazarının vəziyyəti haqqında hesabatını açıqlayıb.

Son.az facemark.az-a istinadən bildirir ki, Rusiya ənənəvi olaraq, Əl-Cəzair, İndoneziya, Küveyt, Çin ilə birlikdə siyahının ön pillələrində qərarlaşıb.

Ekspertlər əsas problemlər arasında filmlərin ekran nüsxələrinin kopyalanmasında müşahidə edilən böyüməni göstərib.

Rusiyada filmlərin ekran nüsxələrinin kopyalanmasının sayı 2017-ci ildə 78 olub. 2016-ci ildə isə bu rəqəm 63 qeydə alınıb. Bir ildə böyümə isə 23%-dir. 2015-ci ildə isə bu rəqəm cəmi 26 olub.

Qeyri-leqal filmlərin nüsxələrinin artmasında ən əsas payı qeyri-leqal onlayn kazionalar alır. Böyük pirat onlayn kinoteatrların bazarın böyüməsində payı isə çox azdır.