“Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram” FOTO


Şou-biznes 13 May 2018 18:57:51 332 0

“Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram”  FOTO

Son.az bildirir ki, son illər qardaş ölkədə ulduzu parlayan aktrisa Aysel Nazim musavat.com-un suallarına cavab verib.

Aktrisa ilə söhbətə sonuncu Türkiyə səfərindən başladıq: 

- Türkiyədə yenə mükafat aldım. "Evosangels" mükafatına mənimlə birlikdə siyasətçilər, idmançılar, sənət adamları layiq görüldü. Bundan əlavə "Altın Palma" mükafatlandırma gecəsinə dəvət aldım, qonaq kimi iştirak etdim. Artıq Türkiyədə böyük çevrəm var, məni tanıyır, işimə qiymət verirlər. - Bəzi müğənnilər böyük məbləğdə pullar sərf etsələr də, Türkiyədə tanına bilmirlər. - Məni əcnəbi kimi qəbul etmirlər. Onsuz da, bir millət iki dövlətik. Bu dəfə anam da mənimlə getmişdi. Dedi ki, mənim bu qədər tanınmağıma və sevilməyimə təəccüblənib. Adətən, Türkiyəyə gedən tanınmışlarımız deyir ki, qısqanclıqla qarşılaşıblar. Əsla, belə deyil. Mən orada özümü yad hiss etmədim. Televiziyada, radioda qonaq oldum. Onu da deyim ki, verilişə çıxmaq və ya gördüyüm hər hansı işə görə bir manat da xərcləməmişəm. Bəzilər kimi milyonlar hesabına efirə çıxmıram. Mən orada özümü göstərmirəm, iş icra edirəm. Hörmət və sevgi pulla alına bilməz.

- Sonuncu dəfə açıqlamanızda Türkiyədə yeni filmə çəkiləcəyinizi demişdiniz. Filmin aqibəti necə oldu?  - Ssenari yazılır, hazırlıqlar gedir. Hazırda ətraflı danışmağa icazə yoxdur.  - İvana Sertin Bakıya gəliş tarixi bəllidirmi? - O Türkiyədə "İvana Sert" dodaq boyaları çıxardıb. Mənə də göndərmişdi. Dodaq boyalarının Bakıda da təqdimatını edəcəyik. Bu barədə işlər gedir. Bundan əlavə, "Əngəlsiz həyat" adlı qurduğum dərnək var. Məhdudiyyətli şəxslərə kömək edirik. Mən tək deyiləm. Lamiyə və Ramillə xəstə uşaqlara kömək edirik. "Can" Media Qrup adlı prodakşın qurmuşam. Uşaq və qocalar evlərinə kömək aparırıq.  - Aparıcı idiniz, sonra aktrisalığa başladınız. Müğənnilik necə etmək istəyirsiniz? - Musiqi təhsilim olsa da, müğənni olmaq istəyim olmayıb. Özümü aktrisa kimi təsdiq etdim, bu kimliyi qazandım. Arzum var ki, 90-cı illərin sevilən mahnılarını oxuyum. Ona uyğun fotosessiya etdirim. Bu mənim arzumdur.


Xəbərə aid fotolar