"Bakı Marafonu 2018"dən


Digərləri 13 May 2018 17:50:00 488 0

"Bakı Marafonu 2018"dən

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də "Bakı Marafonu 2018" keçirilib. "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur.

Son.az Trend-ə istinadən bildirir ki, builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

"Bakı Marafonu 2018" Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Kişilər arasında finişə ilk çatan ukraynalı İqor Olefirenko olub. İkinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu qazanıb.

Qadınlar arasında isə finişə birinci türkiyəli Fadime Çelik çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavska olub. İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova tamamlayıb.