II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib - FOTO


Digərləri 13 May 2018 15:38:26 219 0

II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçirilib - FOTO

İmtahanda 36 559 abituriyent iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

"Report"un məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.

İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 36 559 abituriyentin iştirak edib. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verib.

Abituriyentlərdən 33 462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15 599, III qrup üzrə 17 863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16 194 nəfəri oğlanlar (II qrup üzrə 10 974 nəfər, III qrup üzrə 5220 nəfər), 20 365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14 086 nəfər). 28 318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732, Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208, Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib.