Parisdə bıçaqla insanlara hücum edən şəxs çeçen olub


Dünya 13 May 2018 10:42:19 255 0

Parisdə bıçaqla insanlara hücum edən şəxs çeçen olub

Onun şəxsiyyəti barmaq izi vasitəsi ilə müəyyən edilib

Şənbə günü Parisin mərkəzində piyadalara hücum edən şəxs təqribən 20 yaşlı Çeçenistan əsilli 20 gənc olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Europe 1" radiostansiyası məlumat yayıb.

"Polis Parisin ikinci dairəsində insanlara hücum edənin adını dəqiqləşdirə bilib. Söhbət təqribən 20 yaşlı Çeçenistan əsilli şəxsdən gedir", - deyə radionun məlumatında bildirilir.

Gənc oğlanın üzərində heç bir sənəd olmayıb, lakin istintaq orqanları onun şəxsiyyətini barmaq izi ilə müəyyən edə biliblər.

Gənc oğlan bıçaqla piyadalara hücum edib. Nəticədə bir nəfər ölüb, daha 4 nəfər yaralanıb. Polis hücum edən şəxsi güllələyib.