Dərizöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi


Digərləri 12 May 2018 23:55:00 346 0

Dərizöhrəvi xəstəliklərinin diaqnostika və müalicəsi

Dəri-zöhrəvi xəstəliklərinin diaqnostikası 50%-i həkimin təcrübəsindən asılı olduğu halda, 50%-i də laborator müayinə metodlarının dəqiq və düzgün olmasından asılıdır. Laboratoriya və müasir müayinə metodları həkimin köməkçisi qismində çıxış etməlidir. Yəni laborator müayinə həkimin kliniki olaraq qoyduğu diaqnozu dəqiqləşdirmək üçündür.

Son.az hekimtap.az-a istinadən bildirir ki, hər bir həkimin güvəndiyi laboratoriya və müayinə metodu var. Ümumiyyətlə, laborator və ya instrumental müayinə metodları pasiyentin deyil, həkimin yardımçısı olmalıdır və pasiyent də öz növbəsində, həkimin dediklərinə güvənməlidir.

Ola bilər ki, laboratoriya həkimin qoyduğu diaqnozu təsdiq etməsin. Əgər təcrübəli həkim qoyduğu diaqnoza əmindirsə, o zaman pasiyenti başqa laboratoriyaya - təkrar analizə yönəldir. Çünki bəzi hallarda laborator analizlərin cavabları dəqiq olmaya da bilər.

"Aysmed" klinikasında laboratoriya çox yüksək səviyyədə qoyulub və bütün standartlara cavab verir. Bu laboratoriyada analizlərin nəticələri çox dəqiq, güvənli, sürətli və effektivdir.