Badam yağının faydaları


Digərləri 12 May 2018 23:20:00 483 0

Badam yağının faydaları

Badam yağı badam çəyirdəyinin ləpəsindən alınır. Badam yağının tərkibində olan yağlılığın miqdarı onun yetişdiyi bölgədən və növündən asılı olaraq 40-60% arasında dəyişə bilir. Badam yağını əsasən şirin dada malik olan badam ləpəsindən əldə edirlər. Son.az immunitet.az-a istinadən bildirir ki, ən keyfiyyətli badam yağı isə soyuq üsulla, sıxılma yolu ilə əldə olunan badam yağıdır. Yağ hasil olan zaman yerdə qalan badam artıqlarından isə kosmetologiya sahəsində müxtəlif məqsədlərlə istifadə edilir. Qovrulmuş badam yağından əldə edilən yağın keyfiyyəti arzu olunan qədər keyfiyyətli olmur. Qovrulan zaman badam ləpələrinin tərkibində olan amiqdalin parçalanır. Badam yağının tərkibini doymamış (olein) və yarım doymamış (linolen) yağ turşuları ilə zəngindir. Onun tərkibində amiqdalin qlikozidi, karotin, E vitamini, bioflavonoidlər, müxtəlif minerallar, şəkər və zülallı maddələrlə zəngindir. Müxtəlif xəstəliklərin profilaktikası məqsədilə səhər və axşam 1 çay qaşığı badam yağı içməkdə fayda var. Badam yağı ürək-damar sistemimi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır və qanda xolesterinin miqdarının azalmasına səbəb olur. Badam yağı içmək immuniteti yüksəldir, orqanizmi virus və infeksiya xəstəliklərindən qoruyur. Badam yağı mədə-bağırsaq xəstəliklərini sağaldır, mədə turşuluğunun miqdarını azaldır, meteorizmi, qəbizliyi aradan qaldırır, yaraların sağalmasını sürətləndirir. Mədə, onikibarmaq və bağırsaq yaralarının sağalması üçün badam yağı içmək lazımdır. Bu yağ bağırsaqların işləməsini sürətləndirir, qəbizliyi aradan qaldırır, yaddaşı yaxşılaşdırır, sinir sisteminin işini normallaşdırır, yuxusuzluğu aradan qaldırır. Azyaşlı uşaqlara badam yağı vermək onların hərəkət-dayaq sisteminin sağlam olmasına səbəb olur. Körpə uşaqları badam yağlı ilə massaj etmək çox faydalıdır. Bu onların əzələlərinin möhkəmlənməsinə səbəb olur. Badam yağı herpes xəstəliyini sağaldır, mikro travmaları bərpa edir, dermatitləri və ekzemaları sağaldır, dərini qidalandırır və elastikliyini artırır. Badam yağı dəri yanıqlarının, sağalmasını sürətləndirir. Onu çay ağacı yağı ilə qarışdıraraq dəriyə sürtdükdə dəridə olan iltihabi proseslər aradan qalxır. Badam yağı ilə massaj etdikdə əzələ ağrıları aradan qalxır. Atereskleroz xəstəliyinin profilaktika və müalicəsi üçün 2-3 ay boyunca hər gün 3 dəfə 1 çay qaşığı badam yağı içmək lazımdır. İdman zədələnmələri zamanı zədə almış nahiyəyə badam yağı sürtərək massaj etmək ağrıların azalmasına səbəb olur. Bu yağ iltihabi proseslərin aradan qalxmasına yardım edir. Mütəxəssislər hamilə qadınlara ayaqlarında ağrı və şişkinlik olan zaman badam yağı sürtməyi məsləhət bilir. Badam yağı içmək orqanizmdən toksik maddələrin xaric olmasını sürətləndirir. Kosmetologiyada istifadəsi Kosmetologiyada badam yağından əllərin, üzün və dekolte bölgəsinin dərisini gözəlləşdirmək mıqsədilə istifadə edilir. Badam yağı dərini qidalandırır, elastikləşdirir, parıldadır, vitamin və minerallarla təmin edir. Onun tərkibində olan efir yağları və qidalandırıcı yağlar dərini inanılmaz dərədəcə gözəlləşdirir. Badam yağından kosmetologiyada şampunların, kremlərin, maskaların, şampunların, balzamların hazırlanmasında isstifadə edilir. Badam yağını hər növ dəriyə tətbiq etmək olur. Badam yağı dərini məxmər kimi yumşaldır, elastikləşdirir, qırışların aradan qalxmasına səbəb olur. Uzun müddət dərini badam yağı ilə silmək dərinin möhkəmlənməsinə və körpə dərisi kimi yumşaq olmasına səbəb olur. Gözətrafı qırışıqlıqlardan xilas olmaq üçün badam yağı ilə həmin nahiyəni sildikdə arzu olunan nəticəni əldə etmək olur. Badam yağından dəridəki çirklənmənin və makiyajın silinməsi üçün istifadə etmək mümkündür. Badam yağı ilə üzə qulluq etmək dərinin tonuslanmasına səbəb olur. Bunun üçün badam yağını yumurta sarısı ilə qarışdırıb 15 dəqiqə üzdə saxlamaq lazımdır. Yetkinlik dövründə əmələ gələn dəri səpgiləri zamanı salfeti badam yağında isladıb üz və boyun bölgəsinə qoymaq lazımdır. Badam yağı, yağlı dəridə olan mikrobların məhv olmasına səbəb olur. O dəri toxumalarının yenilənməsinə və dəri rənginin yaxşılaşmasına səbəb olur. Saçlardakı yağlılığı aradan qaldırmaq üçün badam yağı, berqamot yağı və lavanda yağı qarışdırılaraq yuyulduqdan sonra yaş saçlara sürtülür. Kipriklərin uzanması və möhkəmlənməsi üçün yatmazdan əvvəl onları isti badam yağına batırılmış fırça ilə fırçalamaq lazımdır. Əlləri badam yağı ilə silmək dəri qırışlarının açılmasına dərinin yumşalmasına səbəb olur. Badam yağı sürtmək dırnaqların vəziyyətini yaxşılaşdırır, möhkəmləndirir və sınmaların qarşısını alır. Son.az