Emin ilk dəfə Qazaxıstanda konsert verdi FOTO
Şou-biznes 12 May 2018 23:27:00 337 0
Müğənni və bəstəkar Emin ilk dəfə Qazaxıstanın Astana şəhərində konsert verib.
Son.az axşam.az-a istinadən xəbər verir ki, o, "Qazaxıstan" mərkəzi konsert zalında "Bumeranq 2018" adlı konsertdə yeni "̌Prosti, moya lyubov" ("Bağışla məhəbbətim") adlı albomundan kompozisiyalar ifa edib. Bundan başqa, albomunda yer alan "Still", "Ryadom prosnutsa", "Ya luçşe vsex jivu", "Bumeranq", "Good Love" və "Amor" adlı yeni mahnılarını da oxuyub.
Emin eyni zamanda Müslüm Maqomayevin "Sinyaya veçnost" mahnısını da ifa edib.
Mənbə: milli.az