Hamiləlik dövründə ağırlaşmalar


Digərləri 12 May 2018 22:45:00 303 0

Hamiləlik dövründə ağırlaşmalar

İlkin hamiləlik üçün optimal yaş dövrü 18-19-dan (tam cinsi yetkinlik) 25 yaşadəkdir. 18 yaşadək gənclərdə hamiləlik dövründə tez-tez uşaqlıq qan dövranının pozulması və qan təzyiqi ilə bağlı problemlər yaranır. Bundan başqa, onlarda erkən doğuş ehtimalı digər qadınlardan dəfələrlə çoxdur.

Yaşı 35-dən yuxarı olan qadınlar hamiləlik dövründə ağırlaşma risk qrupuna daxildirlər. Yaş artdıqca analarda düşük riski, uşaqda isə bir sıra genetik pozuntuların yaranma ehtimalı artır. Lakin hamilə qadın özünə fikir verərsə və sağlamlığı yaxşı olarsa, hamiləlik 20 yaşında olduğu kimi uğurla keçə bilər.   

Stimulyatorların qəbulu zamanı hamiləlik dövründə ağırlaşmalar Son.az hekimtap.az-a istinadən bildirir ki, nikotin, alkohol və narkotik maddələrin qəbulu nəinki ananın sağlamlığına ağır zərbə vurur, həm də uşağın xəstəlik riskini artırır, hamiləlik və doğuş zamanı ağırlaşmalar verir.

Hamiləlik dövründə ağırlaşmalar: xroniki xəstəliklər Böyrək, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet hamiləlik dövrü və doğuşlarda ağırlaşmalar yaradır. Məsələn, əgər anada ürək qüsuru, qalxanabənzər vəzin xəstəlikləri və yaxud yüksək qan təzyiqi varsa, hamiləlik planlaşdırmazdan əvvəl ginekoloq və terapevtlə məsləhətləşmək lazımdır. Bu zaman mütəxəssislər hamiləlikdən əvvəl və hamiləlik dövrü üçün fərdi müalicə planı təyin edirlər. Xroniki infeksiyalar da, həmçinin, fərdi yanaşma tələb edir ki, bunun sayəsində ana və uşaq üçün yaranmış risklər minimuma endirilir.