Kosmosun tədqiqində inanılmaz addım VİDEO


Digərləri 12 May 2018 22:47:00 302 0

Kosmosun tədqiqində inanılmaz addım  VİDEO

Helikopter Qırmızı planetə 2020-ci ildə yola salınacaq və 2021-ci ilin fevralında ora çatacaq

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) 2020-ci ildə Marsa helikopter göndərəcəyini bəyan edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, helikopter Marsda həyatın mövcudluğunun mümkünlüyünü araşdıracaq.

Ehtimallara əsasən, 2013-cü ildən yaradılmasına başlanan uçuş aparatı planetə yeni Marsda gəzən aparatı çatdırdıqdan sonra səma cisminin ətrafında bir neçə dövrə vuracaq. . O, digər planetdə istifadə olunacaq havadan ağır ilk aparat olacaq. Onun çəkisi 1,8 kiloqramdır.


Xəbərə aid video