Tbilisidə etirazçılar baş nazirin istefasını tələb edir


Dünya 12 May 2018 20:33:00 282 0

Tbilisidə etirazçılar baş nazirin istefasını tələb edir

Tbilisinin mərkəzində etiraz aksiyasının iştirakçıları Gürcüstanın baş naziri Qeorqi Kvirkiaşvili və daxili işlər naziri Qeorqi Qaxariyanın istefasını tələb edir.

Son.az oxu.az-a istinadən bildirir ki, təşkilatçılardan biri deyib:

"Baş nazir və daxili işlər naziri istefaya getməyənə qədər əl çəkməyəcəyik. Düşünün! Bu gündən etibarən öz hüquqlarımızı müdafiə edəcəyik. İnanırıq ki, nə festival, nə də sakit aksiyalar əyləncə üçün keçirilmir. Biz narkoman deyilik".