Şimali Koreya nüvə poliqonunu bağlayır


Dünya 12 May 2018 19:36:00 245 0

Şimali Koreya nüvə poliqonunu bağlayır

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Pxunqeri nüvə poliqonu bağlanacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə KXDR Əmək Partiyasının Mərkəzi Komitəsi qərar qəbul edib.

Poliqona girişin və ətrafdakı obyektlərin məhv edilməsi planlaşdırılır. Ərazidən bütün elmi işçilər və mühafizə xidməti çıxarılacaq.

Mərasimdə Cənubi Koreya, Çin, ABŞ, Britaniya və Rusiya jurnalistlərinin iştirakı gözlənilir.