Tbilisidə etiraz aksiyasında baş nazirin istefası tələb edilir


Digərləri 12 May 2018 17:18:00 262 0

Tbilisidə etiraz aksiyasında baş nazirin istefası tələb edilir

Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, "Ağ səs-küy" ictimai hərəkatının təşkil etdiyi aksiya "Biz bir yerdə rəqs edirik, bir yerdə mübarizə aparırıq" şüarı altında baş tutub.

Aksiyaya "Qirçi" Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər.