Ata iki oğlu ilə birlikdə dəmir yolundan oğurluq etdi


Digərləri 12 May 2018 16:42:00 310 0

Ata iki oğlu ilə birlikdə dəmir yolundan oğurluq etdi

Ucar sakini Etibar Buludxan oğlu Hüseynov və onun iki oğlu - Məmmədov Nicad və Məmmədov Ehtiram bu il mayın 1-dən başlıyaraq müxtəlif vaxtlarda Yevlax- Ucar dəmir yolu xətti istiqamətində yerləşən bir neçə stansiyada quraşdırlan işıqforların drosser transformatorlarının mis hissələrini kəsib götürüb.

Son.az report.az-a istinadən bildirir ki, onların əməlləri nəticəsində dəmiryol infrastrukturuna ümumilikdə 26 min manatdan çox ziyan dəyib. Oğurladıqları materialları isə özlərinə məxsus avtomobillə Ucar rayonunda satıblar. 

DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən biri - E.Hüseynov qarət zamanı saxlanılıb. Onun oğlanları isə hadisə yerindən qaçıblar.