"Nar" mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi


Digərləri 12 May 2018 15:00:00 285 0

"Nar" mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirdi

"Nar" media nümayəndələri ilə ənənəvi görüşünü keçirdi. Çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verildi.  

Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə "Nar"-ın ən yüksək yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.  

Görüşdə iştirak edən "Azerfon" şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq "Nar"-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşdü:

"Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. "Nar" bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq", - deyə cənab Panke qeyd etdi. 

Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, "Formula Azərbaycan qran-prisi" zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulandı.