Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlanıb (FOTO)


Digərləri 12 May 2018 15:02:00 257 0

Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlanıb (FOTO)

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsinə yekun vurulub.

Bakı. Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsinə yekun vurulub. Trend-in məlumatına görə, mayın 12-də İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, KİV əməkdaşlarının və müsabiqə iştirakçılarının iştirakı ilə müsabiqənin nəticələri açıqlanıb. Bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətinə dair film nümayiş olunub.