İcra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlandı


Digərləri 12 May 2018 12:42:00 233 0

İcra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlandı

Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.