Azərbaycanda maraqlı layihə Bağçada futbol FOTO


Digərləri 12 May 2018 10:27:00 335 0

Azərbaycanda maraqlı layihə  Bağçada futbol  FOTO

AFFA-nın təşkilatçılığı ilə Xəzər rayonunun Zirə qəsəbəsindəki 213, Türkan qəsəbəsindəki 214, Nizami rayonundakı 59 saylı uşaq baxçalarında 3-5 yaşlı uşaqlar üçün  "Bağçada futbol" pilot layihəyə start verilib.

AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federerasiyasının prezidenti Rauf Əliyev Son.az-a bildirib ki, layihənin həyata keçirilməsində məqsəd uşaqlar arasında futbol oynuna maraq, kütləviliyə nail olmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Tədbirdə AFFA-nın nümayəndələri Cahangir Həsənzadə, Kifayət Mustafayeva, Uşaq-Gənclər Futbol Federerasiyasının nümayəndəsi Kərim Ağayev, futbol üzrə Azərbaycan milli komandasının üzvləri Ruslan Abışov və Emin Mahmudov iştirak ediblər. Pilot layihənin nəticələrinə əsasən, gələcəkdə bu layihə bütün uşaq bağçalarında tətbiq olunacaqdır. Qeyd olunan uşaq bağçaları AFFA tərəfindən idman geyimləri və ləvazimatları, eləcə də kateqoriyalı təlimçilərlə təmin olunublar.