İcra başçısı iki müavini işdən çıxardı


Digərləri 12 May 2018 09:34:00 274 0

İcra başçısı iki müavini işdən çıxardı

Cəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Natiq Zeynalov kadr dəyişikliyi edib.

Son.az-ın modern.az-a istinadən məlumatına görə, icra başçısı iki müavinini işdən çıxarıb. Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.

N.  Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib. 

Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.