Bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər


Digərləri 12 May 2018 09:12:00 278 0

Bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

"Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklərə əsasən, bu ildən eyni rayon, şəhər, eləcə də bir rayon, şəhərdən digər rayon, şəhərə yerdəyişmə müsabiqəsi vahid çərçivədə, yəni mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib.

M.Camalzadə deyib ki, bu il qaydalarda edilən dəyişikliyə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, yaxud bir rayon, şəhərdən digər rayon, şəhərə dəyişdirilməsi müsabiqəsi vahid çərçivədə həyata keçiriləcək.

M.Camalzadə bildirib ki, müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə sənəd qəbuluna iyunun 1-də başlamaq nəzərdə tutulur.