Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər


Digərləri 12 May 2018 09:07:43 229 0

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Müəllimlərin yerdəyişməsi ilə bağlı edilən qaydalara əsasən, bu ildən eyni rayon, şəhər, eləcə də bir rayon, şəhərdən digər rayon, şəhərə yerdəyişmə müsabiqəsi vahid çərçivədə, yəni mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarda edilən dəyişikliklərə əsasən, bu ildən eyni rayon, şəhər, eləcə də bir rayon, şəhərdən digər rayon, şəhərə yerdəyişmə müsabiqəsi vahid çərçivədə, yəni mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. M.Camalzadə deyib ki, bu il qaydalarda edilən dəyişikliyə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, yaxud bir rayon, şəhərdən digər rayon, şəhərə dəyişdirilməsi müsabiqəsi vahid çərçivədə həyata keçiriləcək.