Bu Panasonic sifəti tanıyır


Digərləri 12 May 2018 08:59:00 277 0

Bu Panasonic sifəti tanıyır

Yaponiyanın "Panasonic" şirkəti "4G" smartfonlar xəttinə yeni "P95" modelini əlavə edib. Yeni aparat sifətin tanınması vasitəsilə blokdan çıxartmaq texnologiyasına malikdir.   Son.az ICTnews-a istinadən bildirir ki, təqdim edilmiş qurğu 1280x720 nöqtə (HD) təsvir ölçülü 5 düymlük ekran, 1.3 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 210" (MSM8909) prosessoru, 1 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili fləş daşıyıcı ilə təchiz edilib. Bundan başqa, tutumu 128 QB-dək "microSD" formatlı çıxarılıb taxılan yaddaş kartlarının qoşulması üçün bölmə nəzərdə tutulub.   8 meqapiksellik əsas kamera işıq diodu işıqlandırıcısına malikdir. "Selfi" və videozənglər üçün nəzərdə tutulmuş 5 meqapiksellik ön kamera telefonu blokdan çıxartmaq üçün sifətin tanınması texnologiyasını dəstəkləyir.   Həmçinin aparatda "4G LTE", "3G HSPA+", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.1" və "GPS" simsiz rabitə modulları dəstəklənir, "SIM" kartlar üçün iki slot, 2300 milliamper/saat tutumunda çıxarılıb taxılan akkumulyator batareyası var və "Android 7.1.2 Nougat" əməliyyat sistemi quraşdırılıb. Cihazın qalınlığı 7,95 mm, çəkisi 164 qr-dır.

"Panasonic P95" smartfonunun satış qiyməti 75 dollardır. Aparat göy, qızılı və boz rənglərdə əlçatandır.