Konqoda iki britaniyalı oğurlanıb


Dünya 12 May 2018 08:30:00 245 0

Konqoda iki britaniyalı oğurlanıb

Konqo Demokratik Respublikasında iki Böyük Britaniya vətəndaşı oğurlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, insident "Virunqa" Milli Parkında qeydə alınıb.

Naməlum  şəxslər parkın əməkdaşını qətlə yetirdikdən sonra britaniyalı turistlər və onların sürücüsünü özləri ilə aparıblar. Hadisənin Qoma şəhəri yaxınlığında baş verdiyi bildirilir.