"Apple" sirrləri qoruyacaq


Digərləri 12 May 2018 08:21:00 284 0

"Apple" sirrləri qoruyacaq

"Apple" şirkəti istehsal etdiyi cihazları xüsusi xidmət orqanlarından müdafiə etməyi öyrənib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunun üçün USB-yə məhdud giriş tətbiq olunacaq.

"iPhone" kompüterə qoşulduqda, onlar bir-biri ilə informasiya mübadiləsi həyata keçirir. Bu zaman smartfonu sındırmaq asan olur. Adətən, bu üsuldan xüsusi xidmət orqanları cinayət araşdırması zamanı istifadə edirlər. USB-nin məhdud giriş rejimi smartfonun məlumatlarının ələ keçirilməsinə mane olacaq. Çünki bu halda vacib məlumatlara giriş yalnız sahibi smartfonu blokdan çıxardıqda mümkün ola bilər.