Yaponiyada 5,1 maqnituda gücündə zəlzələ baş verib


Dünya 12 May 2018 06:05:19 278 0

Yaponiyada 5,1 maqnituda gücündə zəlzələ baş verib

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub

Yaponiyanın şimal-qərbində yerləşən Naqano prefekturasında 5,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Zəlzələnin təsiri daha 12 prefekturada hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur.