Meksikada iki əcnəbi velosipedçi amansızlıqla qətlə yetirilib


Dünya 12 May 2018 04:27:20 267 0

Meksikada iki əcnəbi velosipedçi amansızlıqla qətlə yetirilib

Onlardan birinin başı, digərinin qolu kəsilib

Meksikanın Çyapas ştatının Okosinqo şəhərində meyiti tapılan iki əcnəbi velosipedçi amansızlıqla qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü ştatın prokurorluğu məlumat yayıb.

Ölənlərdən biri alman velosəyyah Holqer Frans Haqenbuş və digəri polşalı velosipedçi Kşiştof Xmelevskidir. Onların birinin cəsədi aprelin 24-də, digərinki isə mayın 4-də aşkar edilib.

Bildirilir ki, polşalı baş nahiyəsindən güllə yarası alıb, daha sonra başı kəsilib, Almaniya vətəndaşının isə hücum zamanı bir qolunu kəsiblər.