Abşeron və Bərdədə yanğın


Digərləri 11 May 2018 20:50:00 223 0

Abşeron və Bərdədə yanğın

Bərdə rayonunda ümumi sahəsi 455 kv.m olan birmərtəbəli tikilinin yaşayış üçün istifadə olunan hissəsində 30 kv.m sahəyə yığılmış ev əşyaları yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tikili yanğından mühafizə olunub.

Abşeron rayonunda da ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​