Azərbaycanda taxıl sahələrinə xəstəlik düşdü


Digərləri 11 May 2018 20:57:00 346 0

Azərbaycanda taxıl sahələrinə xəstəlik düşdü

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Şəki-Zaqatala bölgəsinə məxsus 16450 hektar payızlıq taxıl əkini sahələrində fitosanitar monitorinq həyata keçiriblər.

Xidmətdən Son.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində 12700 hektar sahənin sarı pas xəstəliyi ilə sirayətləndiyi müəyyən olunub və götürülən buğda bitkisi nümunələri Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəsinin laboratoriyalarına təqdim edilib. Müayinələr zamanı bitkilərin üzərində olan xəstəliyin Sarı pas (Piccinia Striiformis West) xəstəliyi olduğu aşkar edilib.

Monitorinqlər zamanı müəyyən olunub ki, aprel ayının II ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı olması və yağmurlar nəticəsində nisbi rütubətin 80-85% olması, buğda sahələrində sarı pas xəstəliyinin (Piccinia Striiformis West) inkişaf etməsinə səbəb olub.