Kiyevdə Heydər Əliyevə həsr olunmuş etnocaz festivalı keçirildi


Digərləri 11 May 2018 20:12:00 244 0

Kiyevdə Heydər Əliyevə həsr olunmuş etnocaz festivalı keçirildi

Ukraynanın paytaxtı Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, festivaldan öncə səfirliyin diplomatları, SOCAR-ın Ukraynadakı nümayəndələri, xarici ölkələrin Ukraynadakı səfirləri, soydaşlarımız Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə Heydər Əliyevin xalqımızın Ümumilli Lideri olduğunu bir daha nümayiş etdiriblər.

Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev şəhər Dövlət Administrasiyası rəsmilərinin, Ukrayna Ali Radasının deputatlarının, xarici diplomatik korpus rəhbərlərinin, yerli media nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək Ümumilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz rolu olduğunu vurğulayan səfir yerli sakinlərin və xarici turistlərin zövqünü oxşayan istirahət parkında Ulu Öndərin xatirəsinə həsr olunmuş etno-caz musiqi festivalının unudulmaz anlar yaşadacağını qeyd edib.


Xəbərə aid fotolar