“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirib


Digərləri 11 May 2018 17:28:00 235 0

“Nar” mətbuat nümayəndələri ilə ənənəvi görüşünü keçirib

Mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib.

Bakı. “Nar” media nümayəndələri ilə ənənəvi görüşünü keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib. Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə “Nar”ın ən yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb. Görüşdə iştirak edən “Azerfon” şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq “Nar”-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşüb: “Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olmuşdur. “Nar” bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq”. Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, “Formula Azərbaycan qran-prisi” zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulanıb.