İranın tanınmış din xadimi İsraili hədələyib


Dünya 11 May 2018 16:54:56 271 0

İranın tanınmış din xadimi İsraili hədələyib

"Təl-Əviv və Hayfanı yox edərik”

“Qərbin təzyiqi ilə İsrail axmaqcasına İrana hücum edəcəyi təqdirdə Təl-Əviv və Hayfanı yox edərik”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın tanınmış din xadimlərindən biri, Dini Ekspertlər Şurasının üzvü, ayətullah Əhməd Xatəmi mayın 11-də cümə namazı xütbəsində bildirib.

“İranla nüvə sazişini imzalayan Avropa dövlətlərinə etibar etmək olmaz. ABŞ-a heç etmək olmaz. Onlar davamlı olaraq İran rejiminin devrilməsini hədəf alırlar. İranın düşmənlərinə etibar edilməz”, - o vurğulayıb.

Qeyd edək ki,İsrailin müdafiə naziri Aviqdor Liberman mayın 11-də Kastrinə səfəri zamanı Suriyadakı rejimin başçısı Bəşşar Əsədə müraciət edib: “İranlıları, Qasım Süleymanini və “Əl-Qüds” silahlılarını Suriyadan qov. Onlar sənə kömək etmir, əksinə, ziyan vurur. Onların qalması sizə yalnız problem yaradacaq”.