Qubada xalça oğrusu saxlanıldı


Digərləri 11 May 2018 16:33:00 294 0

Qubada xalça oğrusu saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov olduğu məlum olub. Törətdiyi cinayət əməlini etiraf edən saxlanılan şəxs yaşayış olmayan həmin evə qapını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurladığını, hər birinin dəyəri təxminən 1000-1200 AZN təşkil edən xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib.

Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar