Əfv Komissiyası 100dən çox müraciətə baxdı


Digərləri 11 May 2018 16:20:00 280 0

Əfv Komissiyası 100dən çox müraciətə baxdı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.