Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır - HEYƏT


Digərləri 11 May 2018 16:29:16 274 0

Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır - HEYƏT

Mayın 14-də Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək.

Bakı. Mayın 14-də Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda hər 3 güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər. Çempionatın proqramına əsasən, 14-16 mayda sərbəst, 16-18 mayda isə yeniyetmə qızlar mübarizə aparacaqlar. Yunan-Roma güləşçiləri isə mayın 18-20-də xalça üzərinə çıxacaq.