Lökbatan-Qızıldaş avtomobil yolu yenidən qurulur


Digərləri 11 May 2018 14:30:55 206 0

Lökbatan-Qızıldaş avtomobil yolu yenidən qurulur

Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq və sərnişin daşıması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Bakı. Ötən il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 98 km uzunluğunda 10 qəsəbələrarası avtomobil yolu layihəsi icra olunub. Agentlikdən Trend-ə verilən məlumata görə, bu il icrası reallaşdırılacaq 11 qəsəbələrarası avtomobil yolu layihəsindən daha biri Qaradağ rayonunda yerləşir. Bu, 13.8 km uzunluğa malik Lökbatan-Qızıldaş avtomobil yoludur. Əsaslı şəkildə təmir olunmadan uzun illər istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğramış, qabarma və çalalar əmələ gəlmişdi. Bu isə vətəndaşların gediş-gəşişində çətinliklərə səbəb olurdu. Bu üzdən Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmirinə start verilib. Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.