İranın xarici işlər naziri Rusiya, Çin və Belçikaya səfər edəcək


Dünya 11 May 2018 13:43:00 271 0

İranın xarici işlər naziri Rusiya, Çin və Belçikaya səfər edəcək

Müzakirə predmeti ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsi olacaq

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 14-də Ruisiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsindərusiyalı həmkarı Sergey Lavrovla ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcək.

M.C.Zərifmayın 12-dəÇinə gedəcək, mayın 15-də isəBelçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı ölkələrinin ABŞ-ın İranın nüvə sazişindən çıxması məsələsini müzakirə edəcəkləri toplantıya qatılacaq.

Qeyd edək ki, mayın 9-da ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə sazişindən çıxdığını açıqlayıb.