Müəllimşagird münasibətləri necə olmalıdır? MÜTLƏQ OXUYUN VİDEO FOTO


Digərləri 11 May 2018 13:26:00 390 0

Müəllimşagird münasibətləri necə olmalıdır?  MÜTLƏQ OXUYUN  VİDEO  FOTO

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müəllim-şagird münasibətlərinin pozulması ilə bağlı məsələlər əsas müzakirə mövzusuna çevrilib. Buna səbəb isə Bakı məktəblərinin birində müəllimin şagirdi döyməsi xəbərinin yayılmasıdır. Daha dəqiq desək, müəllimin şagirdi döyməsi faktının aşkarlanmasıdır. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Nəzərə alsaq ki, analoji hadisələr bu vaxta qədər bir neçə dəfə baş verib və ictimai qınağa səbəb olub. Bu cür hallar bir daha onu göstərir ki, bəzi məktəblərdə hələ də müəllim-şagird münasibətləri düzgün səviyyədə qurulmur. Aslan İbrahimov - Lənkəran şəhər Təhsil şöbəsinin müdiri: "Mən deyərdim ki, ibtidai siniflə ayrıca psixoloq məşğul olmalıdır. 5-10-cu siniflərlə ayrıca məşğul olmalıdır. Hətta müəllimin özü ilə də məşğul olan psixoloqların olması məktəbdə pis olmazdı. Bəzən elə kollektivlər olur ki, orada müəllimin özünün psixoloji yardıma ehtiyacı olur. Müəllim şagirdi tərbiyə məqsədiylə onların yol verdiyi səhvlərə görə cəzalandırarkən fiziki güc tətbiq edə bilməz". Ümid İsmayılov - Şagird: "Bir az bizi danlayırlar. Amma əl qaldırmırlar. Sakit-sakit bizi başa salırlar. Bizə nəsihət verirlər". Aysu Mahmudova - Şagird: "Gecikəndə də müəllim həmin şagirdi danlamır, sadəcə yavaş-yavaş başa salır". Bahar Vəliyeva - Valideyn: "Məsələn, ayaq üstə saxlasın. Ona mən razı olaram. Amma döymək yox, mən razı olmaram şəxsən". Əgər şagird dərsi pozarsa və ya məktəb qaydalarına riayət etməzsə, həmin şagirdin sinfi dəyişdirilə, yaxud da məktəbdən xaric oluna bilər. Ülkər Cavadova - Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyanın psixoloqu: "Bir-iki kəlmə söhbət etdikdən sonra görürəm ki, sinif qarşısında, müəllim qarşısında buna nəsə fərdi yanaşa bilmərəm. Mən onu, sadəcə, otağa gətirib fərdi söhbətlər edirəm. Hər bir yaş dövründə hansı problemlər ola bilər, onları bilməlidir ki, onlara yanaşma tərzini öyrənsə, məncə, konflikt yarana bilməz". Əgər şagirdə qarşı kobudluq edən müəllimin təlim-tərbiyədə yol verdiyi digər pozuntular da təsdiqlənərsə, o, müəllimlik fəaliyyətindən uzaqlaşdırıla bilər. Aslan İbrahimov - Lənkəran şəhər Təhsil şöbəsinin müdiri: "Müəllim şagirdə bütün hallarda əl qaldıra bilməz. Əgər bu baş verərsə, məktəb rəhbərliyi tərəfindən dərhal sezilməlidir, bilinməlidir və müvafiq tədbirlər görülməlidir. Müəllimə xəbərdarlıq edilə bilər. Töhmət verilə bilər. Əlbəttə ki, son xəbərdarlıq edilə bilər". Müəllim-şagird münasibətlərində baş verən nöqsanların səbəbini təkcə məktəbdə görmək olmaz. Unutmayaq ki, şagirdə tərbiyə verən əsas tərəf elə valideynlərdir. Ona görə də bu məsələnin həllində müəllim-valideyn əməkdaşlığının qurulması mütləqdir.


Xəbərə aid fotolar