İndoneziyada vulkan püskürdü, təxliyə elan edildi


Dünya 11 May 2018 11:02:00 217 0

İndoneziyada vulkan püskürdü, təxliyə elan edildi

İndoneziya hakimiyyəti Yava adasında Merapi vulkanının püskürməsi nəticəsində bölgəyə yaxın 5 km radiusda təxliyə elan edib

İndoneziya hakimiyyəti Yava adasında Merapi vulkanının püskürməsi nəticəsində bölgəyə yaxın 5 km radiusda təxliyə elan edib.

Son.az report-a istinadən xəbər verir ki, yerli sakinlər vulkan püskürməsinin küllə müşayiət olunduğunu, zəif yeraltı təkan hiss etdiklərini bildiriblər.

"Air Nav" Dövlət Aviasiya şirkəti "Cokyakart" hava limanının müvəqqəti olaraq bağlanıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırllması milli agentliyinin nümayəndəsi Sotopo Purvo Nuqroxo sakinləri təmkinli olmağa çağırıb.