Qobustanda yeni mədəniyyət-istirahət parkı istifadəyə verilib


Digərləri 11 May 2018 10:48:55 222 0

Qobustanda yeni mədəniyyət-istirahət parkı istifadəyə verilib

Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilib.

Bakı. Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, parkın açılışında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri qatılıb. Açılışda Qobustan qəsəbəsinin 150-dən çox qəsəbə sakinləri iştirak edib. Öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda görülən işlərlə tanış olub. Qaradağ rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində əhalinin istirahəti üçün salınmış Qobustan mədəniyyət-istirahət parkında bütün yaşlı insanların asudə vaxtının keçirilməsi üçün şərait yaradılıb. Parkın digər özəlliyi buraya istirahətə gələn uşaqlar üçün də nəzərdə tutulmuş yelləncəklərdir.