UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir


Digərləri 11 May 2018 10:37:19 192 0

UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir

UNEC-in yuxarı kurs tələbələrinin ixtisas təcrübəsi uğurla davam edir.

Bakı. UNEC-in yuxarı kurs tələbələrinin ixtisas təcrübəsi uğurla davam edir. Trend-in məlumatına görə, iqtisadiyyat ixtisası üzrə IV kursda təhsil alan 35 tələbə ixtisas təcrübəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində keçir. Təcrübə zamanı tələbələr mərkəzin əmək bazarı və məşğulluq problemləri şöbəsində əmək bazarının öyrənilməsi, monitorinqi prosesləri, o cümlədən sorğu anketlərinin hazırlanması və sorğuların keçirilməsi texnologiyaları ilə tanış olaraq, həmin proseslərdə yaxından iştirak ediblər. Həyat səviyyəsi və sosial müavinətlər şöbəsində isə onlar sosial müavinətlər sisteminin vəziyyəti, eləcə də, ünvanlı sosial yardım mexanizminin fəaliyyəti, özünüdəstək proqramının tətbiqi ilə bağlı yeniliklərlə tanış olublar.