Yeni nazirin 8 müşaviri olacaq


Digərləri 11 May 2018 10:15:00 254 0

Yeni nazirin 8 müşaviri olacaq

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları yaradılıb.

Son.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "report"a verilən məlumata görə, bununla bağlı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Məlumata görə, nazirin müşaviri vəzifəsinə təyin edilən şəxslər əvvəllər İqtisadiyyat Nazirliyində işləyiblər. Beləliklə, yeni nazirin 4 müavini ilə yanaşı, 8 müaşviri olacaq.