Siyəzən Polis Şöbəsində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbir keçirilib


Digərləri 11 May 2018 08:48:00 242 0

Siyəzən Polis Şöbəsində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbir keçirilib

Siyəzən Rayon Polis Şöbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə polis veteranlar şurasının nümayəndələri, təhsil şöbəsinin əməkdaşları və rayon ziyalıları iştirak ediblər.

RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov çıxış edərək, ulu öndərin həyatından, Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyevin Azərbaycanın tarixində xüsusi yeri var. O, bildirib ki, müstəqilliyin ilk illərində parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövlətimizin xilas edilərək gücləndirilməsi, ordu quruculuğu, ictimai-siyasi vəziyyətin sabitləşməsi, qazanılan sosial-iqtisadi nailiyyətlər ulu öndərin adı ilə bağlıdır.