"Azerbaijan Fashion Week" rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək (FOTO)


Digərləri 11 May 2018 01:41:59 304 0

"Azerbaijan Fashion Week" rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edəcək.

Bakı. Mayın 17-dən 19-dək Bakıda "Fairmont Baku Flame Towers" otelində Azerbaijan Fashion Week rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək. Trend-in məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edəcək. 7-ci mövsümün qonaqları Fəxriyyə Xələfova, Diana Əhədpur Kəngərli, həmçinin Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq. Moda həftəsi ərzində Azerbaijan Fashion Week Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq. Son əsrin dəb təkamülünün şahidi olacaqsınız. 2018/2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənirlər, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır.