Şamaxıda 29 yaşlı qadın intihara cəhd edib


Digərləri 10 May 2018 23:59:00 253 0

Şamaxıda 29 yaşlı qadın intihara cəhd edib

Şamaxıda intihara cəhd hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Şamaxı şəhəri, 28 May küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1989-cu il təvəllüdlü Yolçuyeva Gülşən zəhər içərək özünü öldürmək istəyib. O, Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

G. Yolçuyevanın intihara cəhd etməsinin səbəbləri araşdırılır.